Gülnarə Şamil qızı Dürüskari, Aysun Şirəli qızı İsgəndərli

RƏQƏMSAL KİMYA TƏDRİSİ, ONLAYN PLATFORMALAR, ÜSTÜNLÜKLƏRİ VƏ TƏHSİL PERSPEKTİVLƏRİ

Xülasə. Bu məqalədə təhsildə rəqəmsallaşma prosesinin əhəmiyyətindən, texnologiyanın aktiv tət­bi­qi ilə yaranan tədris metodları, pozitiv müəllim-şagird münasibətlərinin formalaşması yolları araşdırılmışdır. Həm­çinin, interaktiv simulyasiyalar, onlayn laboratoriyalar, artırılmış reallıq (AR), virtual reallıq (VR), veb əsaslı dərs platformaları və mobil tətbiqlər haqqında geniş və maarifləndirici məlumatlar verilmişdir. Belə ki, rəqəm­sal texnologiyaların kimya tədrisinə təsiri təhlil edilmiş, Azərbaycan təhsil sistemində bu alətlərin tət­biqi ilə bağlı təklif və fikirlər söylənilmişdir. Kimya fənninin tədrisində rəqəmsal metodlara ehtiyac vur­ğu­lan­mış və əsas ehtiyac faktorları göstərilmişdir. Effektivliyi sübut olunmuş bir sıra beynəlxalq onlayn plat­for­­maların xüsusiyyətləri açıqlanmış və onların üstünlükləri əks olunmuşdur. Artırılmış reallıq (Augmented Reality – AR) və virtual reallıq (Virtual Reality – VR) texnologiyalarının özəllikləri haqqında məlumat veril­miş, onların təhsildə yeni imkanlar yaratmasından söhbət açılmışdır. Kimya fənni kimi abstrakt və vizual öy­rən­məni tələb edən fənlər üçün “Kimya Metaverse” – 3D virtual reallıq (VR) texnologiyası üzərində qurul­muş bir təhsil kainatını reallaşdıran platformanın komponentləri və gələcək perspektivlərindən bəhs edil­miş­dir. Təqdim olunan bu innovativ üsullar təhsilimizin gələcək inkişafının qarantıdır.

Açar sözlər: innovativ tədris metodları, beynəlxalq onlayn platformalar, PhET Interactive Simulations, ChemCollective, Labster platformaları, “Kimya Metaverse” virtual reallıq texnologiyası, metodun təlim üstünlükləri, metodun reallaşma imkanları, metodun təhsil perspektivləri.

 

Cild 92, №5 2025

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI