Namiq Tahir oğlu Ağaməmmədov

RÜTUBƏT VƏ KİMYA SƏNAYESİ MÖVZULARI COĞRAFİYA VƏ KİMYANIN İNTEQRASİYASI KONTEKSTİNDƏ

Xülasə. Modern təhsil sistemləri fənlərarası əlaqələrin genişləndirilməsi və hibrid modellərin təşkili prin­siplərini inteqrativ pedaqoji metodikanın məzmun standartı kimi qəbul edir. Coğrafiyanın məzmun xət­ləri bir-birinə yaxın olan fənlərlə kompleks tədris modulları əmələ gətirə bilir. Fənlərin mövzular üzrə inteq­rasiyası onların mahiyyətinin elmi əsaslarla dərk olunmasını və yeni kompetensiyaların təlim prosesinə tət­bi­qi­ni mümkün edir. Məqalədə coğrafiya ilə kimyanın inteqrasiyası kontekstində rütubətlilik və kimya sə­na­ye­si ilə əlaqəli məsələlər təhlil edilmişdir. Rütubətin iqlim qurşaqları və iqlim tipləri daxilində müxtəlif kə­miy­yət göstəriciləri üzrə paylanması Yer kürəsində geokimyəvi və fiziki-coğrafi proseslərə təsir edir. Kimya sə­na­yesinin tədrisi zamanı isə kimyadan öyrənilmiş biliklərin istifadəsi şagirdlərin dərsə motivasiyasını artırır, onların metakoqnitiv bacarıqlarını sintez edir.

Açar sözlər: coğrafiya, inteqrasiya, rütubət, iqlim diaqramları, kimya sənayesi, elmi-texniki tərəqqi, hidro-kimyəvi xüsusiyyətlər.

Cild 92, №5 2025

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI