Aypara Cəbrayıl qızı Mahmudova

ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ KİMYA DƏRSLƏRİNİN TƏDRİSİNDƏ ŞAGİRDLƏRDƏ EKSPERİMENTAL BACARIQLARIN FORMALAŞDIRILMASI METODİKASI

Xülasə. Məqalədə ümumtəhsil məktəblərində şagirdlərin kimyadan praktik, və eksperimental ba­ca­rıq­ların yoxlanılması və formalaşdırılması yolları təhlil edilmişdir. Kimyadan müstəqil işlərə çox vaxt ayır­dıq­da şagirdlər müstəqil həyatlarında onlara lazım olacaq bilik və bacarıqlara yiyələnə bilərlər. Müəllif qeyd edir ki, praktik və laboratoriya işi o zaman tamamlanmış hesab edilir ki, şagirdlərin işlədikləri yer, praktik işin başlamadığı vəziyyətdəki kimi olsun. Bu ilk praktik və laboratoriya işində şagirdlərə veriləcək məcburi qay­da olmalıdır. Bu da praktiki iş zamanı təhsil alanların sonrakı praktik işlərinə çox güclü formada təsir etməlidir.

Açar sözlər: müstəqil ev işləri, maddə, bacarıq, vərdiş , praktik işlər, qiymətləndirmə

Cild 92, №5 2025

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI