Qönçə Xanlar qızı Hacıyeva

AUTENTİK MATERİALLARIN TƏLƏBƏLƏRDƏ DİL YARADICILIĞI VƏ KOMMUNİKATİV BACARIQLARINI İNKİŞAF ETDİRMƏ İMKANLARI

Xülasə. Məqalə ingilis dilinin xarici dil kimi tədrisində autentik materialların tələbələrin dil yara­dıcılığı və kommunikativ bacarıqlarının inkişafına təsirini araşdırır. Tədqiqatda kommunikativ ya­naşma, çoxlu intellekt nəzəriyyəsi və tapşırıqyönlü öyrənmə kimi müasir pedaqoji prinsiplərin auten­tik materiallarla birləşdirilməsinin rolu vurğulanır. Analiz göstərir ki, autentik mətnlər və audio-vizual resurslar tələbələrə dili real kommunikativ kontekstlərdə istifadə etmə imkanları təq­dim edir, onların motivasiyasını artırır və dinləmə, oxu və ünsiyyət bacarıqlarının inkişafını dəs­tək­lə­yir. Eyni zamanda, autentik materiallar tələbələrin mədəni şüurunu və yaradıcılıq potensialını ge­niş­ləndirir. Məqalə müəllimlərin material seçimi və tətbiqi zamanı nəzərə almalı olduqları stra­te­gi­ya­ları, eləcə də dərs prosesində autentik materialların effektiv istifadəsinin praktik aspektlərini təq­dim edir.

Açar sözlər: autentik materiallar, kommunikativ kompetensiya, yaradıcı ünsiyyət bacarıqları, dil öyrənmə motivasiyası

Cild 92, №5 2025

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI