Sevinc Hamlet qızı Mehdiyeva
RUS DİLİNİN
XARİCİ DİL KİMİ MƏŞĞƏLƏLƏRİNDƏ İSMİN HAL FORMALARININ MƏNALARININ ÖYRƏNİLMƏSİ
Xülasə. Məqalədə
rus dilinin xarici dil kimi öyrədilməsində azərbaycanlı tələbələr üçün ismin
hal sisteminin mənimsənilməsi məsələləri metodik aspektdə araşdırılır. Hal
formalarının söz birləşmələrində semantik baxımdan izahı, leksik-semantik və səviyyələrarası
əlaqələrin əhəmiyyəti ön plana çəkilir. “Formadan – semantikaya – funksiyaya”
prinsipi əsasında qurulan modelin pedaqoji cəhətdən effektivliyi əsaslandırılır.
Tədqiqatda tələbələrin nitq bacarıqlarını inkişaf etdirmək məqsədilə leksik və
qrammatik xüsusiyyətləri birləşdirən tapşırıq sistemi təqdim olunur. Təklif
edilən yanaşma hal formalarının mənalı və düzgün istifadəsini, həmçinin ümumi
dil kompetensiyasının inkişafını təmin edir. Elmi yenilik hal sisteminin öyrənilməsində
leksik-semantik təhlilin və səviyyələrarası əlaqələrin inteqrasiyası ilə bağlı
linqvodidaktik əsaslandırmadan ibarətdir. Praktik əhəmiyyət bu metodikanın
ali məktəblərdə rus dilinin xarici dil kimi tədrisində tətbiq olunması
imkanlarında öz əksini tapır. Tədqiqat nəticələri göstərir ki, bu yanaşma tələbələrin
qrammatik səhvlərini azaldır, nitq fəaliyyətini aktivləşdirir və kommunikativ
kompetensiyanın formalaşmasına kömək edir.
Açar sözlər: rus dili xarici dil kimi, ismin hal
formaları, söz birləşməsi, kontekst, semantika, qrammatika, valentlik.