Gülgün Sərxan qızı Novruzova

XARİCİ DİL MÜƏLLİMLƏRİ ÜÇÜN YAZI BACARIĞININ İNKİŞAFINA DAİR EFFEKTİV TƏDRİS STRATEGİYALARI

Xülasə. Xarici dildə yazı bacarığı şagirdlərin fikirlərini yazılı şəkildə məntiqli, səlis və təsirli ifadə etmə­ləri üçün əsas dil bacarığıdır. Bu bacarığın inkişafı yalnız qrammatik qaydaların və lüğətin mənim­sə­nil­məsi ilə məhdudlaşmır, eyni zamanda fikirlərin düzgün strukturlanması, məzmunun ardıcıllığı və yaradıcı ya­naşmanın tətbiqini tələb edir. Yazı bacarığının formalaşması çoxsahəli bir prosesdir və bu prosesdə şagird­lə­rin tənqidi düşünmə, planlaşdırma və ünsiyyət qabiliyyətləri də inkişaf etdirilir. Səmərəli yazı tədrisi mər­hə­ləli şəkildə aparılmalı, hazırlıq, yazı, redaktə, korrektə və təqdimat kimi əsas mərhələlərə əsaslanmalıdır. Təd­ris prosesində şagirdlər əvvəlcə mövzu ilə tanış olur, fikirlərini planlaşdırır, sonra sərbəst şəkildə yazını yazır, daha sonra məzmun və quruluş baxımından redaktə edir, dil və qrammatika səhvlərini düzəldir və nə­ha­yət yazını təqdim edirlər. Bu mərhələlər yazı prosesini sistemləşdirir və şagirdlərin yazı bacarıqlarını ardı­cıl şəkildə inkişaf etdirməsinə şərait yaradır. Yazı bacarığının inkişafında model mətnlər üzərində iş, mər­hə­ləli yazı prosesi, qrup işi, qrafik təsvirlər və yaradıcı tapşırıqlar kimi müxtəlif praktiki strategiyalar istifadə olu­nur ki, bunlar şagirdlərin həm dil biliklərini, həm də kommunikativ və yaradıcı qabiliyyətlərini artırır. Bu yanaş­malar şagirdlərin dilə olan münasibətini gücləndirir, onları daha sərbəst və özünəinamlı ifadə etməyə hazırlayır və ümumilikdə xarici dili daha səmərəli öyrənmələrinə imkan yaradır.

Məqalədə xarici dil müəllimlərinin yazı bacarığını inkişaf etdirməyə yönəlmiş müasir və effektiv tədris strategiyaları araşdırılır və onların praktik tətbiqi üsulları izah olunur.

Açar sözlər: praktik tədris strategiyaları, xarici dil tədrisi, yazı prosesinin mərhələləri, kommunikativ yazı, yaradıcı yazı tapşırıqları

Cild 92, №5 2025

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI