Vəfa Həmid qızı Tağızadə

ALİ MƏKTƏBDƏ XARİCİ DİLLƏRİN TƏDRİSİ PROSESİNDƏ MULTİMEDİA TEXNOLOGİYALARININ TƏTBİQİNİN PEDAQOJİ ŞƏRTLƏRİ

Xülasə. Müasir dövrdə təhsilin texniki və texnoloji modernləşdirilməsi xarici dillərin tədrisində yeni elmi-metodoloji yanaşmaların hazırlanmasını tələb edir. Pandemiya bu sahədə rəqəmsal texnologiyaların aktuallığını bir daha təsdiqlədi. Tədqiqat ali məktəblərdə multimedia texnologiyalarının tətbiqini təmin edən pedaqoji şərtlərin müəyyənləşdirilməsinə yönəlib. Elmi yenilik multimedia texnologiyalarının səmərəli istifadəsinə imkan verən pedaqoji şərtlərin – tədris mühiti, metodlar və vasitələrin sistemli şəkildə təhlil olun­masındadır. Nəticələr göstərir ki, bu texnologiyalar tələbələrin motivasiyasını, kommunikativ bacarıq­larını və sosial-mədəni kompetensiyasını inkişaf etdirir. Tədqiqatın nəzəri əhəmiyyəti innovativ texno­logiyalarla bağlı yanaşmaların əsaslandırılması, praktiki əhəmiyyəti isə metodik tövsiyələrin hazırlanması ilə bağlıdır.

Açar sözlər: multimedia texnologiyaları, elektron təhsil resursları, tənqidi təfəkkür, rəqəmsal savadlılıq, xarici dilin kommunikativ səriştəsi, pedaqoji şərait, idrak fəaliyyəti


Cild 92, №5 2025

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI