Rəhiməxanım Rzabala qızı Məmmədzadə
TƏRBİYƏ TEXNOLOGİYALARI İLƏ FƏALİYYƏTİN PSİXOLOJİ
MƏSƏLƏLƏRİ
Xülasə. Hər hansı sahədə uğurlu göstəricilərə nail olmaq üçün ilk növbədə onun nəzəri
əsaslarını, nəzəriyyəsini bilmək lazımdır. Yalnız nəzəriyyəyə əsaslanmaqla
praktik fəaliyyəti uğurla, səmərəli şəkildə həyata keçirmək mümkündür. Bizim tədqiqat
ali məktəblərdə təhsil alan tələbələrin mənəvi keyfiyyətlərinin inkişaf
etdirilməsi probleminə həsr edilmişdir. Mənəvi keyfiyyətlərin inkişaf etdirilməsi
üçün, qeyd etdiyimiz kimi, tərbiyə texnologiyalarından faydalanmaq məqsədəuyğundur.
Təbii ki, mənəvi tərbiyənin nəzəri məsələlərinə aydınlıq gətirilməsinə ehtiyac
vardır. Bu məqalədə ilk növbədə tərbiyə texnologiyalarının nəzəri məsələləri
üzərində dayanılır, problemin psixoloji, fəlsəfi və fizioloji əsasları diqqət mərkəzinə
gətirilir.
Açar sözlər: mənəvi keyfiyyətlər, mənəvi keyfiyyətlərin formalaşdırılması, tərbiyə texnologiyaları, problemin psixoloji əsasları, problemin nəzəri əsasları
