Ramilə Babək qızı İsmayılxanova

ÖZÜNÜTƏRBİYƏNİN ŞAGİRDLƏRİN ŞƏXSİYYƏT KİMİ FORMALAŞMASINDA ROLU

Xülasə. Müəllif yazdığı bu məqalədə qeyd edir ki, şagirdin özünütərbiyə prosesinə məktəbəqədər yaş dövründən başlamaq lazımdır. Çünki bu dövrdə şagird situasiyadan asılı olaraq fəaliyyət göstərməyə baş­la­yır. Zaman keçdikcə onun inkişafı əldə etdiyi bilik, bacarıq və vərdişlərlə əlaqədar olaraq müəyyən isti­qa­mə­t­ə yönəlir. Şəxsiyyət kimi formalaşaraq getdikcə daim yeniliklər yaratmağa qadir olur. Odur ki, insanın şəx­siyyət kimi formalaşmasında özünütərbiyə psixi faktor olaraq vacib yer tutur. İstər ilkin məktəb döv­rün­də, istər yeniyetməlik dövründə şagirdlər öz məqsədlərini müəyyənləşdirmək kimi bacarıq və vərdişlərə yiyə­lənirlər. Şagirdlər özlərinə qarşı daha çox diqqətli, ləyaqətli olmağa çalışır, düzlüyü, doğruluğu, mənlik və şərəf hisslərini dəyərləndirirlər. Çünki onların daxili aləmində özlərinə də tanış olmayan yeni duyğuların, yeni hisslərin cizgiləri müşahidə olunmağa başlayır ki, bu da onların hərəkət və davranışına, gündəlik fəaliy­y­ətinə təsir göstərir. Müəllif qeyd edir ki, müsbət mənəvi-əxlaqi keyfiyyətlərin yaranması və inkişafı yuxarı sinif şagirdlərinin özünütərbiyəsi ilə məşğul olmasından asılıdır.                 

Açar sözlər. Özünütərbiyə, şəxsiyyət, bacarıq, vərdiş, etika, əqli tərbiyə, yeniyetməlik, emosionallıq, fəaliyyət, əməkdaşlıq, formalaşma

Cild 92, №5 2025

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI