Kübra Abuzər qızı Abdullayeva
ELMİ-PEDAQOJİ
ƏDƏBİYYATLARDA ŞAGİRDLƏRİN YARADICI MÜSTƏQİL İŞİNİN TƏŞKİLİ MƏSƏLƏLƏRİ
Xülasə. Məqalədə
elmi-pedaqoji ədəbiyyatlarda şagirdlərin yaradıcı müstəqil işinin təşkili məsələlərindən
bəhs edilir. Müəllif elmi araşdırmalar əsasında əldə etdiyi nəticələri
ümumiləşdirmiş və təhsil sistemində müasir dövrdə yaradıcı düşüncənin və
müstəqil fəaliyyətin inkişaf etdirilməsi, şagirdlərin bilik və bacarıqlarını
sərbəst tətbiq etmələri üçün müxtəlif metod və strategiyaların əhəmiyyətini
vurğulamışdır.
Məqalədə yaradıcı müstəqil işin mahiyyəti,
onun pedaqoji əsasları və tətbiq sahələri izah edilmişdir. Bundan əlavə,
elmi-pedaqoji araşdırmalara əsaslanaraq, yaradıcı təlimin inkişaf etdirilməsi
üçün səmərəli yanaşmalar və praktik həll yolları təqdim olunmuşdur.
Şagirdlərin təşəbbüskarlığını artırmaq, onların tədqiqat və analitik düşünmə
bacarıqlarını gücləndirmək məqsədilə istifadə edilən müasir pedaqoji texnologiyalar
və innovativ metodlar təhlil edilmişdir. Bu tədqiqat müəllimlərin şagirdlərin
yaradıcı müstəqil işini düzgün istiqamətləndirməsi üçün tövsiyələr də təqdim
edir. Məqalədə irəli sürülən fikirlər və əldə olunan nəticələr təlim
prosesində şagirdlərin yaradıcı bacarıqlarını inkişaf etdirmək üçün
əhəmiyyətlidir. Belə ki, bu ideyalar şagirdlərin yaradıcı bacarıqlarının
istiqamətləndirilməsinə zəmin yaradır. Onlarda gələcək nəsillərə ötürmək üçün
toplanmış vacib biliklərin sistemləşdirilməsi üçün baza rolunu oynayır.
Açar sözlər: müstəqil iş, yaradıcılıq, şagird, müəllim, təlim prosesi, yanaşma, təlim
texnologiyası, formalaşdırma, bacarıq, ideya
