Kifayət Rəşid qızı Məmmədova
MÜASİR DÖVRDƏ MƏKTƏBƏQƏDƏR TƏHSİLİN KEYFİYYƏTİNİN
YÜKSƏLDİLMƏSİNƏ VALİDEYNLƏRLƏ ƏMƏKDAŞLIĞIN TƏSİRİ
Xülasə. Məqalədə məktəbəqədər yaşlı
uşaqların ümumi inkişafına xidmət edən tərbiyəçi-müəllim və valideyn əməkdaşlığının
məktəbəqədər təhsilin keyfiyyətinin yüksəldilməsinə
göstərdiyi təsirindən danışılır. Bununla bağlı dünyanın bir sıra
inkişaf etmiş ölkələrinin məktəbəqədər təhsil sahəsində uşaqların fiziki və
mental inkişafına xidmət edən tərbiyəçi-müəllim və valideyn əməkdaşlığına innovativ yanaşmalar, bu istiqamətdə respublikamızın məktəbəqədər təhsil
müəssisələrində həyata keçirilən layihələr, əməkdaşlığın innovativ yollarla, rəqəmsal
vasitələrlə və s. təşkili haqqında geniş məlumat verilir.
Açar sözlər: məktəbəqədər təhsil, keyfiyyət,
məktəbəqədər yaşlı uşaq, inkişaf, valideyn, tərbiyəçi-müəllim, qarşılıqlı əməkdaşlıq,
innovativ yanaşmalar, rəqəmsal vasitələr, məlumat, təlim prosesi, əhəmiyyət, təsir.
