Təranə Mayıl qızı Əkbəri
İBTİDAİ
SİNİFLƏRDƏ HƏYAT BİLGİSİ DƏRSLƏRİNDƏ LAYİHƏ ƏSASLI ÖYRƏNMƏNİN TƏTBİQİ
Xülasə.
Məqalədə
ibtidai siniflərdə Həyat bilgisi fənnində layihə əsaslı öyrənmənin (PBL) tətbiq
imkanları araşdırılır. Tədqiqat PBL-in kurikulum məqsədlərinə uyğun şəkildə şagirdlərin
tənqidi təfəkkür, əməkdaşlıq, müstəqil öyrənmə və real həyati problemləri həll
etmə bacarıqlarına təsirini nəzərdən keçirir. Məqalədə “Mənim ailəm”, “Sağlam
qidalanma” və “Təbiəti qoruyaq” kimi nümunəvi layihələr əsasında şagirdlərin
dərsə inteqrasiyası və dərin öyrənməyə yönəldilməsi izah olunur. Nəticələr göstərir
ki, PBL modeli Həyat bilgisi dərslərinin məqsədlərinə çatmaqda effektiv alət
ola bilər.
Açar
sözlər: Layihə əsaslı öyrənmə, Həyat bilgisi, ibtidai təhsil,
kurikulum, fəal öyrənmə, şagirdyönümlü təlim
