Tofiq Vahid oğlu Mehdiyev

XXI ƏSRİN XƏSTƏLİYİ: DİABET EPİDEMİYASI VƏ ONUN PROFİLAKTİKASI

Xülasə. Məqalədə Dünya Səhiyyə Təşkilatı (DST), Beynəlxalq Diabet Federasiyası (BDF) və Amerika Diabet Cəmiyyətinin (ADC) son məlumatlarında şəkərli diabetin (ŞD) dayanmadan artmaqda davam etməsi və onun epidemiya xarakter alması rəsmi statistik rəqəmlərlə göstərilmişdir. BDF-nın 2025-ci ilə verdiyi məlumata əsasən dünyada 589 milyon insan (20-79 yaşlarda) diabetlə yaşayır və bu dünya əha­lisinin (11.1 %-ni) təşkil edir. Eyni zamanda 252 milyon (42.8 %) insan onlarda diabetin olduğunu bilmədən yaşayır. Azərbaycanda 2024-cü ildə (20-79 yaşlarda) 715,3 min insanda diabet aşkar olunmuş, bu ümumi əhalinin 9,9 %-ni, diabet diaqnozu bilinməyənlərin sayı 33,9 % olmuşdur.

Şəkərli diabetin qlobal miqyasda geniş yayıldığını və artmaqda davam etməsi, özündə ŞD olduğunu bil­məyən insanların sayının kifayət qədər çox olması ümumi əhali arasında preventiv müayinələrin aparıl­masına ehtiyac olduğunu göstərir. Diabetin ağır fəsadlar törətdiyini nəzərə alaraq ŞD riski və prediabet olan insanlara vaxtında həyat tərzini dəyişmək, fiziki fəallıqla yanaşı sağlam və düzgün qidalanma tövsiyə olunur.

 Açar sözlər: şəkərli diabet, Dünya Səhiyyə Təşkilatı, Beynəlxalq Diabet Federasiyası, Amerika Diabet Cəmiyyəti, 

Cild 92, №5 2025

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI