Amil Seydəmir oğlu Dadaşov
HƏRBİ MÜHƏNDİS HAZIRLIĞININ DİDAKTİK LAYİHƏLƏNDİRİLMƏSİ: HƏRBİ TƏHSİLDƏ XÜSUSİ TƏLİM METODLARININ TƏTBİQİ
Xülasə. Məqalə hərbi
mühəndis hazırlığında xüsusi təlim metodlarından istifadənin didaktik əsasları
probleminə həsr edilmişir. Məqalədə hərbi təhsil sistemi üçün mühəndis
hazırlığı üzrə xüsusi təlim metodlarından istifadənin nəzəri və praktiki əsasları
təhlil edilir. Həmçinin hərbi təhsildə kompleks yanaşma, sistemli analiz və
digər metodlarından istifadə etməklə tədqiqat probleminin mövcud nəzəri və
praktiki imkanları ilə bağlı elmi ümumiləşdirmələr aparılır. Məqalənin məqsədi
hərbi mühəndis hazırlığının didaktik layihələndirilməsi prosesində hərbi təhsil
müəssisələrinin milli kadr hazırlığı proqramının təkmilləşdirilməsi, inteqrasiyası
və hərbi mühəndislərin müasir dövrün tələblərinə uyğunlaşdırılması üçün xüsusi
təlim metodlarının tətbiqinin hərtərəfli öyrənilməsidir.
Açar sözlər:
hərbi təhsil, hərbi institutlar,
hərbi mühəndislik, didaktik layihələndirmə, kursantların təlimi, xüsusi
metodlar
