Kamilə Qinyaz qızı Kazımova, Yamən Əziz qızı Vəliyeva

XÜSUSİ FOBİYALARIN PSİXOLOJİ TƏRƏFLƏRİ

Xülasə. Müasir dövrdə insanların gündəlik həyatında fobiyalar getdikcə daha çox müşahidə olunur. Fobiyalar insanlarda özünü fərqli formalarda göstərir. Təqdim etdiyimiz məqalədə xüsusi fobiyalar və onların insanlara təsir formaları geniş müzakirə mövzusu olub. Xüsusi fobiyalar insanların həyatına uzunmüddətli təsir göstərə bilər və bu təsir onların cəmiyyətdəki davranış formalarını intensiv şəkildə pozur. Xüsusi fobiyaların baş verdiyi şəraitdə insanların sosial həyatına çox güclü və mənfi təsir göstərən daimi qorxu hissi yaranır. İnsan qorxduğu obyekt və ya vəziyyətlə qarşılaşanda hər zaman qorxunun yaranması anında narahatlıq keçirir və bu narahatlıq sonralar onlarda psixi pozuntular formasında təzahür edir.

İnsanlar onlarda yaranmış fobiyaları idarə edə bilmirlər. Çünki fobiyalar heç bir məntiqə əsaslanmır və tabe deyillər. Bu tip fobiya yaşayan insanlar narahatlıq və travmatik hisslərə səbəb olan vəziyyətdən qaçmağa çalışırlar. Çünki bu tip fobiyalar insanların gündəlik iş rejimini pozur və eyni zamanda onlara həm psixoloji, həm də fizioloji baxımdan güclü təsir göstərir. Fobik pozuntu keçirən insanlar yaranmış vəziyyəti aradan qaldırmaq üçün düzgün olmayan müxtəlif müalicə üsullarında istifadə edirlər ki, bu da yolverilməzdir. Bu məqaləni yazmaqda məqsədimiz insanlarda müxtəlif yaş qruplarında fərqli formalarda təzahür edən fobiyaların yaranma səbəblərini araşdırmaq və onların müalicəsinə kömək edəcək təsirli üsullardan praktikada istifadə etməkdir.

Açar sözlər: fobiya, farmakoterapiya, aqorafobiya, zoofobiya, panik atak, astrafobiya, hemofobiya, travmatologiya, ekspozisiya, koqnitiv davranış, virtual terapiya

Cild 92, №5 2025

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI