Pərvin Zakir qızı Əliyeva
YENİYETMƏLƏRİN
PSİXOLOJİ DİNAMİKASI KONTEKSTİNDƏ MİLLİ XARAKTER VƏ ASSOSİAL DAVRANIŞLARIN
QARŞILIQLI TƏSİRİ
Xülasə. Bu
məqalədə yeniyetməlik dövrünün psixoloji dinamikası fonunda milli xarakterin
formalaşması və assosial davranışların qarşılıqlı təsiri təhlil olunur.
Tədqiqat göstərir ki, milli dəyərlərin mənimsənilməsi yeniyetmələrdə
psixoloji stabilliyin qorunmasına, özünüidentifikasiya prosesinin
möhkəmlənməsinə və sosial adaptasiyanın güclənməsinə şərait yaradır. Əksinə,
milli kimlikdən uzaqlaşan yeniyetmələr sosial təcridə, emosional narahatlığa
və assosial davranışlara daha çox meylli olurlar. Məqalədə təqdim olunan nəzəri
çərçivə və elmi yanaşmalar, yeniyetmələrin milli kimliklərini gücləndirməyə
yönəlmiş psixoloji və pedaqoji müdaxilələrin əhəmiyyətini vurğulayır.
Araşdırma nəticələri müasir cəmiyyətdə yeniyetmələrin sosial inteqrasiyasının
və sağlam psixososial inkişafının təmin olunmasında milli dəyərlərin
əhəmiyyətini göstərir.
Açar sözlər: yeniyetmələr, milli xarakter, milli kimlik, assosial davranış, psixoloji
dinamika, sosial adaptasiya.
