Xurşud İsmayilova

Açar sözlər: Heydər Əliyev, Azərbaycan dili, mədəniyyət

Xurşud Cəlil qızı İsmayilova

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN DİLİ

Xülasə. Hər bir xalqın ana dili onun varlığının ən başlıca göstəricisi, özünütəsdiqidir. Ana dili xalqın, mil­lətin özünəməxsusluğunu, tarixi keçmişi və mədəniyyətini, zəngin söz xəzinəsini, inanc və ənənələrini, əx­laqi davranışları və dünyagörüşünü özündə daşıyan, əsrlərdən-əsrlərə çatdıran əvəzsiz milli sərvətdir. Azər­baycan xalqının Ümummilli lideri Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, “xalqı xalq edən, milləti mil­lət edən onun ana dilidir”. Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilinin hazırda dünya dil­ləri sırasında özünəməxsus yeri, necə deyərlər, imzalar içərisində imzası vardır. Azərbaycan Res­pub­li­ka­sı­nın Prezidenti cənab İlham Əliyevin sözləri ilə desək, “Ana dilimiz öz imkanlarının zənginliyi, səs qu­ru­lu­şu­nun səlisliyi və qrammatik quruluşunun sabitliyi ilə səciyyələnir. 

Cild 91, №1 2024

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI