Mübariz Süleymanov
Açar
sözlər: özünütəhsil,
təlim, keyfiyyət, tədqiqatçılıq
Mübariz Tahir oğlu Süleymanov
ŞAGİRDLƏRİN MÜSTƏQİL
FƏALİYYƏTİNİN –
ÖZÜNÜTƏHSİLİN İNKİŞAFININ ƏSAS
İSTİQAMƏTLƏRİ
Xülasə.
Müasir
dövrdə təhsildə aparılan islahatın əsas istiqamətlərindən biri şagirdlərin müstəqil
fəaliyyətinin, özünütəhsilin inkişafına hədəflənib. Şagirdlərdə öyrənməyi öyrənmək
bacarığının inkişaf etdirilməsində Özünütəhsil metodu xüsusi rola malikdir.
Özünütəhsil metodunun əsas mahiyyəti ondadır ki, təlim şagirdlərin yaddaşının
təkcə yeni elmi biliklərlə (informasiya ilə) zənginləşdirilməsinə deyil, həm də
təfəkkürün müntəzəm inkişaf etdirilməsi əsasında daha çox biliklərin müstəqil
əldə edilməsi, mənimsənilməsi, ən mühüm bacarıq və vərdişlərin, şəxsi keyfiyyət
və qabiliyyətlərin qazanılmasına şərait yaradır.