Laləzər Cəfərova

Açar sözlər: İnkişafetdirici mühit, təhsil mühiti, məktəbəqədər dövr, subyektivlik, yaradıcı mühit, tərbiyəçi-müəllim

Laləzər Kazım qızı Cəfərova

İNKİŞAFETDİRİCİ TƏHSİL MÜHİTİ UŞAQLARIN SUBYEKTİVLİYİNİN

İNKİŞAF AMİLİ KİMİ

Xülasə. Bu məqalədə fərdin sosial mühitlə qarşılıqlı əlaqəsi ilə bağlı məsələlər təhlil edilir. Təhsil mü­hi­ti onun subyektlərinin şəxsiyyətinin inkişaf amili kimi qəbul edilir. Məktəbəqədər yaşlı uşaqların sub­yek­tiv­liyini inkişaf etdirmək üçün imkanlar sistemi kimi inkişafetdirici təhsil mühitini başa düşmək üçün müx­tə­lif yanaşmalar nəzərdən keçirilir. Məktəbəqədər təhsilin dövlət standartlarının tətbiq edildiyi keçid şəraitində er­kən uşaqlıq dövrünün təhsil mühitinin əsas komponentləri, uşağın subyektiv mövqeyə yiyələnməsinə dair təh­sil mühiti diqqət mərkəzindədir. Sübut edilmişdir ki, uşağın fəaliyyətdəki subyektiv mövqeyi artıq mək­tə­bə­qədər yaşda uğurla inkişaf etdirilə bilər, onun inkişafının bütövlüyünü, məktəbəqədər yaşlı uşağın ətraf­da­kı reallığa cəlb edilməsini və onda yaratmaq imkanını müəyyən edir. Məqalədə qeyd edilir ki, aparılmış təd­qi­qatlar göstərir ki, ətraf mühitin öyrənilməsi təhsil prosesinin hər bir subyektinə təsir göstərir. Onun key­fiy­yə­ti uşaqların şəxsi inkişafına, o cümlədən intellektual, sosial və şəxsi komponentlərinə təsir göstərir. Erkən yaş­da inkişafetdirici təhsil mühiti məktəbəqədər yaşlı uşaqlarda subyektivliyin inkişafını artırır, şəxsiyyətin sis­temli keyfiyyəti və sərbəstlik, müstəqillik, yaradıcılıq, ətraf mühitlə konstruktiv qarşılıqlı əlaqə, mo­ti­va­si­ya və aktivləşdirməni mənimsəməklə özünü tənzimləmək istəyi kimi atributiv xüsusiyyətləri və sub­yek­tiv­li­yin istiqamətləndirici funksiyalarını özündə cəmləşdirir.

Cild 91, №1 2024

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI