Maya Qasımova

Açar sözlər: ibtidai sinif şagirdləri, rabitəli nitq, inşa, mətn qurmaq bacarıq­la­rı, əsərin ideyası, başlıq, plan.

 

Maya Rəhim qızı Qasımova

İBTİDAİ MƏKTƏBDƏ İNŞA TƏLİMİNƏ HAZIRLIQ ÜZRƏ İŞİN TƏŞKİLİ

 

Xülasə. Məqalədə ibtidai sinif şagirdlərinin inşa təliminə hazırlığı yollarından bəhs edilir. Bu məq­səd­lə ilk növbədə, dərslikdəki oxu mətn­lə­rinin struktur-məz­­mun xüsu­siy­yətlərinin müntəzəm təh­lili ilə bağlı işin təş­kilinin zəruriliyi vurğulanmışdır. Qeyd edilmişdir ki, şagirdlərə “mətn”, “mətnin ideyası”, “mətnin tərkib his­sə­ləri”, “baş­lıq”, “abzas”, “plan” və s. anlayışların dərk olunması üçün verilən tapşırıqlar onları mətnin stru­ktur xüsusiyyətləri, kompozi­si­ya­sı ilə tanış edir və mətnqurma ba­carıqlarının in­ki­şafına təkan verir.

Cild 91, №1 2024

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI