Sevil Cavadova
Açar sözlər: rol, fənn, dərs, təlim, əlaqə, inteqrativ
Sevil Eyvaz qızı Cavadova
FƏNLƏRARASI İNTEQRASİYANIN
TƏLİM PROSESİNDƏKİ ROLU
Xülasə.
Məqalədə fənlərarası əlaqə təlim prinsipi araşdırılır. İnteqrasiyanın
şagirdlərin təfəkküründə dünyanın bütöv və bölünməz obrazının yaradılmasındakı
rolu aydınlaşdırılır. Anlayışla bağlı ümumelmi anlayışlar, kateqoriyalar və
yanaşmalar təsnif olunur. İnteqrasiyanın müxtəlif tip biliklərin
formalaşdırılmasına təkan verdiyi qeyd olunur. Fərqli fənlərə aid oxşar və bir-birini
tamamlayan mövzuların eyni müstəvidə tədrisinin şagirdlərə daha səmərəli
bilik verəcəyi vurğulanır.