Nübar İsazadə

Açar sözlər: optimallaşdırma, distant yanaşma, istiqamətlər, strategiyalar

Nübar Əhmədəli qızı İsazadə

İNFORMASİYA CƏMİYYƏTİNDƏ ALİ TƏHSİLİN KEYFİYYƏT VƏ SƏMƏRƏSİNİN YÜKSƏLDİLMƏSİNDƏ DİSTANT TƏHSİLİN AKTUALLIĞI

Xülasə. Distant təlim, ənənəvi təhsil metodları ilə müqayisədə tələbələrin (şagirdlərin) öz müs­tə­qil­li­yi­ni, fəallığını, şüurluluğunu və yaradıcılığını artırmaq üçün effektiv bir yol təşkil edir. Bu yol informasiya cə­miy­yətində, müasir müəllim hazırlığında görə istifadə olunan strateji məsələlərin səmərəli şəkildə həll edil­mə­sinə yardım edir. Ayrıca, ali təhsilin keyfiyyət və səmərəsinin artırılmasında mühüm rol oynayır və distant təh­silin planlaşdırılması və təşkilinin aktual olmasını təmin edir. Distant təhsil, tələbələrə yaşadıqları yerdən, sağ­lamlıq vəziyyətlərindən, həyat səviyyəsindən və maddi təminatlarından asılı olmadan eyni təhsil im­kan­la­rı­nı təmin etmə baxımından da çox sərfəlidir. Məsafədən təhsil almaq, əlavə xərcləri (nəqliyyat, mənzil və s.) ödə­mədən təhsil almağa imkan yaradır. Bu faktlar, tədqiqatın seçilmiş mövzusunun əhəmiyyətini və ak­tual­lı­ğı­nı göstərir. Dünyaya inteqrasiya, qloballaşma və informasiyanın sürətli inkişafı, cəmiyyətin müxtəlif sa­hə­lə­rində ə­həmiyyətli dəyişikliklərə səbəb olur və insan kapitalının dövlətin uğurlu inkişafındakı rolunu daha da artırır. Təhsil sistemində xüsusilə, ali təhsildə baş verən dəyişikliklər, cəmiyyət və dövlətin tələbatlarını qar­şılaya bilən bacarıqlı və yaradıcı düşüncəyə malik mütəxəssislərin təmin edilməsinə ehtiyacı verir və bu, on­ların səriştəliliyi ilə birlikdə təhsilin informasiyalaşmasını da qarşınıza əsas tələb olaraq qoyur.

Cild 91, №1 2024

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI