Leyla Yadigarova

Açar sözlər: tədqiqat məhsuldarlığı, tədqiqat fəaliyyəti, ali təhsil müəssisələri, tədqiqat məhsuldarlığının ölçülməsi

Leyla Akif qızı Yadigarova

ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN TƏDQİQAT MƏHSULDARLIĞINA

TƏSİR EDƏN AMİLLƏR

Xülasə. Cari dövrdə ali təhsil müəssisələri arasında mövcud olan rəqabət, qlobal bilik istehsalı və bilik iq­tisadiyyatına əsaslanan bir kontekstdə ali təhsil müəssisələrinin tədqiqat fəaliyyəti yeni biliklərin əldə edil­mə­si, yayılması və cəmiyyətin xeyrinə istifadə edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu ba­xı­m­dan, ali təhsil müəssisələrinin tədqiqat fəaliyyətinin göstəricisi olan tədqiqat məhsuldarlığına təsir edən fak­tor­ların müəyyən edilməsi və gələcək tədqiqat fəaliyyətinin düzgün təşkili, planlaşdırılması və idarə edilməsi mə­sələlərinin daha dərin araşdırılması məqsədəuyğun hesab edilir. Bundan əlavə, yeni təhsil siyasətləri ali təh­sil müəssisələrinin tədqiqat fəaliyyətinə üstünlük verdiyinə və tədqiqat universitetlərinin yaradılmasını təş­­viq etdiyinə görə tədqiqat məhsuldarlığına təsir edən fərdi və institusional amillərin araşdırılması xüsusi əhə­miyyətə malikdir.

Cild 91, №1 2024

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI