Gülsabah Əmirova
Açar sözlər: regionşünaslıq ixtisası, peşəkar səriştələr, kadr
hazırlığı, səriştəlilik nəzəriyyəsi, tədris texnologiyaları
Gülsabah Natiq qızı
Əmirova
TƏLƏBƏLƏRDƏ REGİONŞÜNASLIQ İXTİSASI ÜZRƏ
SƏRİŞTƏLƏRİN FORMALAŞDIRILMASI
Xülasə. Peşəkar
biliklərə malik regionşünas-mütəxəssislərə tələbat aktual məsələlərdən biridir.
Regionşünaslıq ixtisası üzrə məzunlarda uğurlu iş həyatı üçün ümummədəni və
peşəkar səriştələrin formalaşması tədris prosesinin əsas istiqamətlərindən
hesab olunur. Fərqli tədris texnikalarının tətbiqi tədris prosesinin qoyduğu
məqsəd və vəzifələrə daha effektiv nail olmağa, zəruri səriştələrin
formalaşmasına təkan verir.