Lalə Məmmədli
Açar
sözlər: təlim prosesi, tələbələr,
şagirdlər, fəal həyat mövqeyi, fəal həyat mövqeyinin formalaşdırılması
Lalə Akif qızı Məmmədli
ŞAGİRDLƏRDƏ FƏAL HƏYAT
MÖVQEYİNİN FORMALAŞDIRILMASI:
TƏLİM PROSESİNDƏ
TƏLƏBƏLƏRİN BU FƏALİYYƏTƏ HAZIRLANMALARI
Xülasə. Gənc nəslin təşəkkül tapıb formalaşmasında təlim prosesinin özünəməxsus
böyük imkanları vardır. Bu mənada yuxarı sinif şagirdlərində fəal həyat
mövqeyinin tərbiyə olunmasında da təlim prosesi mühüm rol oynayır. Şagirdlərə
bu mühüm mənəvi keyfiyyətin aşılanmasında, təbii ki, müəllimin üzərinə böyük vəzifələr
düşür. Bu məqalədə tələbələrin bu sahədə rolundan danışılır. Lakin tələbələr
ali məktəbdə bu fəaliyyətə hazırlaşdıqları halda şagirdlər arasında səmərəli iş
apara bilərlər. Məqalədə ali məktəb fənlərinin imkanları araşdırılır. Tələbələr
pedaqogika, psixologiya və digər fənlərin tədrisi zamanı zəruri bilik və bacarıqlara
yiyələnirlər ki, şagirdlərdə fəal həyat mövqeyini formalaşdıra bilsinlər.