Somayyeh Soysal, Gülüstan Hidayət qızı Cəfərova
Açar sözlər: etik
liderlik, iş məmnuniyyəti, müəllim, məktəb rəhbəri, təhsil
Somayyeh Soysal, Gülüstan Hidayət qızı Cəfərova
MƏKTƏB İDARƏÇİLƏRİNİN ETİK LİDERLİK DAVRANIŞLARININ
MÜƏLLİMLƏRİN İŞ MƏMNUNİYYƏTİNƏ TƏSİRLƏRİ
Xülasə.
Bu tədqiqatda məktəb rəhbərlərinin etik liderlik
davranışlarının müəllimlərin iş məmnunluğuna təsiri araşdırılmışdır. Tədqiqat
kəmiyyət üsulları ilə aparılmışdır. Nəticələr sorğu formaları vasitəsilə toplanmışdır.
Sorğuda 799 müəllim iştirak etmişdir. Məlumatların təhlili SPSS proqramında
çoxsaylı xətti reqressiya testindən istifadə etməklə aparılmışdır. Tədqiqat nəticəsində müəyyən
edilmişdir ki, məktəb rəhbərlərinin etik liderlik davranışları müəllimlərin
iş məmnunluğunun əhəmiyyətli hissəsini təşkil edir. Bununla belə, tədqiqatın nəticəsinə
əsasən etik liderliyin yalnız mühit liderliyi alt ölçüsünün müəllimlərin iş məmnunluğuna
müsbət və əhəmiyyətli təsir göstərdiyi müəyyən edilmişdir. Belə ki, məktəb rəhbərlərinin
mühit liderliyi davranışları artdıqca müəllimlərin iş məmnuniyyəti də
artacaq.