Rauf Sultanov, Leyla Allahverdiyeva
Açar sözlər: valeologiya, valeoloji bilik, biologiya, şagirdlər,
insan sağlamlığı, məntiqi təfəkkür, öyrənmə dərəcəsi və s.
Rauf
Lütfəli oğlu Sultanov, Leyla Adil qızı Allahverdiyeva
TAM
ORTA TƏHSİL SƏVİYYƏSİNDƏ BİOLOGİYA FƏNNİ ÜZRƏ İNSAN VƏ ONUN SAĞLAMLIĞI İLƏ
ƏLAQƏDAR VALEOLOJİ BİLİKLƏRİN FORMALAŞMASINDA MƏNTİQİ TƏFƏKKÜRÜN İNKİŞAFININ
MAHİYYƏTİ VƏ ÖYRƏNMƏ DƏRƏCƏSİ
Xülasə. Valeologiya yalnız sağlamlığın qorunması yolları haqqında biliklərlə məhdudlaşmır. Bilik şagirdləri yalnız ətraf aləmdə istiqamətləndirir, lakin onların davranışını müəyyən etmir. Şagirdlərin əldə etdikləri bilikləri gündəlik həyatda istifadə edə bilmələri və sağlam həyat tərzi prinsiplərinə əməl edə bilmələri üçün onların inanclarını və müvafiq valeoloji bacarıqlarını formalaşdırmaq lazımdır. Bu baxımdan məktəblilərə özünü müşahidə etməyi, onların hərəkətlərini və həyat tərzini sağlamlığa təsiri baxımından təhlil etməyi, onların orqanizminin və ayrı-ayrı orqan sistemlərinin funksional vəziyyətini qiymətləndirməyi, sağlamlaşdırıcı tədbirləri həyata keçirməyi öyrətmək zəruridir. Bu səbəbdən də tədqiqat işi aktuallıq təşkil edir.