Gülşən Hacıyeva, Vüsalə Qədirli
Açar
sözlər:
intellektli zəka, Hovard Qardner, biologiya, fotosintez və s.
Gülşən Nadir qızı Hacıyeva,
Vüsalə Vaqif qızı Qədirli
BİOLOGİYA DƏRSLƏRİNDƏ HORVARD
QARDNERİN “İNTELLEKTLİ ZƏKA” NƏZƏRİYYƏSİNİN TƏTBİQİNİN ZƏRURİLİYİ
Xülasə.
Təhsilin məqsədi fərdlə
başlayıb, fərdlə bitdiyi üçün sistemlər fərdi tanımağa və müxtəlif rakurslardan
fərqli təhsil modellərini təqdim etməyə çalışıblar. Horvard Qardnerin
“İntellektli zəka” nəzəriyyəsi də fərdlər üzərində işlənilir. İnsanlar təbii
olaraq fərqli profillərə malikdirlər və fərdi fərqlərini qoruyub saxlayaraq hər
bir zəka növünə malikdirlər. İnsanlar böyüdükləri sosial-iqtisadi mühitdən,
yaşadıqları müxtəlif hadisələrdən və bir sıra digər bu kimi amillərdən asılı
olaraq zəkanın bütün sahələrində inkişaf edə bilirlər. “İntellektli zəka” nəzəriyyəsi
insan zəkasının tək bir quruluşdan ibarət olmadığı fikrini müdafiə edir. Hər
bir insanın ən azı səkkiz zəka sahəsi var və bu intellektin bütün sahələri
inkişaf etdirilə bilər. Nəzəriyyəyə görə, bütün uşaqlar zəkalıdır, lakin
onların potensialı müxtəlif sahələrdədir.