Elnurə Səfərova, Günel Məmmədova

Açar sözlər: estetik, tərbiyə, zoologiya, metodika, tədris

Elnurə Fazil qızı Səfərova, Günel Əlimövsüm qızı Məmmədova

ZOOLOGİYANIN TƏDRİSİNDƏ ESTETİK TƏRBİYƏ MƏSƏLƏLƏRİNİN ÖYRƏDİLMƏSİ METODİKASI

 

Xülasə. Təbiət estetik tərbiyənin mənbəyidir. Onunla bağlı keçirilən tərbiyəvi işlər böyük imkanlara ma­likdir. Təbiət böyüməkdə olan nəslin gözəl tərbiyəçisi olmaqla onun estetik hisslərinin inkişafına dərin tə­sir göstərir. Ekskursiyalar, dərsdənkənar, sinifdənkənar məşğələlər ənənəvi olaraq estetik tərbiyəvi işlər üçün ge­niş imkanlar yaradır. Müasir tələblərə uyğun tədris olunan dərslər estetik mədəniyyətin formalaşmasına ge­niş imkan yaradır. Dərsin digər mərhələlərində də fəal təlimin metod və texnikalarından istifadə zamanı şa­girdlərdə estetik zövq aşılamaq olar. Məsələn, onlara verilən paylama materialları, əyani vəsaitlər müəyyən zövq­lə, şagirdin yaş səviyyəsinə uyğun (aşağı siniflərdə daha rəngarəng) tərtib oluna bilər.

Cild 91, №1 2024

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI