Günay Əliyeva

Açar sözlər: sadə cümlələr, dil bacarıqları, təktərkibli cümlələr, cüttərkibli cümlələr, cümlənin kommunikativ tipləri

Günay Dilqəm qızı Alıyeva

 

İNGİLİS DİLİNDƏ SADƏ CÜMLƏ MODELLƏRİNİN TƏDRİSİ TEXNOLOGİYASI

Xülasə. Məqalədə ingilis dilində sadə cümlələrin müxtəlif modellərindən, hələ məktəb təhsilindən baş­la­yaraq öyrənənlərin dil bacarıqlarının formalaşdırılmasında sadə cümlələrin rolu və əhəmiyyətindən, dil bi­lik­lə­ri­nin inkişaf etdirilməsi modelləri və fikirlərini sərbəst ifadə edə bilmək, rahat danışmaq üçün istifadə edi­ləcək tex­nikalardan, üsullardan danışılır. Müəllif rollu oyunlar, həyat hekayələri, cümlə yaratmaq, şəkilli dəs­təklər və s. üsullardan istifadə edərək sadə cümlə qurmaq vərdişlərini yaratmağın ingilis dilində sadə cüm­lələrin öy­rə­dil­mə­si və dil bacarıqlarının təkmilləşdirilməsində rolunu faydalı hesab edir. Müəllif mə­qa­lə­də həmçinin araş­dır­ma­ya istinad edərək ingilis dilində sadə cümlələrin Azərbaycan dilinə tərcüməsi yol­la­rın­dan bəhs edir, bu pro­se­durun öyrənənlərdə dil bacarıqlarının formalaşdırılmasındakı rolunu yüksək qiy­mət­lən­dirir. 

Cild 91, №1 2024

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI