Qönçə Hacıyeva

Açar sözlər: autentik materiallar,metodik üsul, dil fakültələri, hədəf dil

Qönçə Xanlar qızı Hacıyeva

DİL FAKÜLTƏLƏRİNİN YUXARI KURSLARINDA

ORİJİNAL MATERİALLARDAN İSTİFADƏ YOLLARI

Xülasə. Məqalədə dil fakültələrinin yuxarı kurslarında autentik materiallardan istifadənin yollarından da­nışılır. Məqalə müəllifi qeyd edir ki, dil fakültələrinin yuxarı kurslarında dil öyrənmə prosesində orijinal ma­teriallardan istifadənin faydası böyükdür və bu autentik materiallar tələbələri dillə tanış etməyə, təbii ola­raq real dünya kontekstlərində, o cümlədən idiomatik ifadələr, mədəni istinadlar və müxtəlif qeydlər və üs­lub­larda tələbələri istifadə imkanlarının təmin olunmasına xidmət edir. Autentik materiallarla bağlı bu funk­si­yalar göstərir ki, dil fakültələrinin yuxarı kurslarında bu materialların hədəf dil dərslərinə daxil edilməsi mul­tikultural şəxsiyyətin formalaşdılmasında mühüm amil və dil tədrisinin əsas məqsədlərindəndir. Müəlif belə bir nəticəyə gəlir ki, autentik materiallar əsasən tələbələrin lüğət ehtiyatını zənginləşdirir, şifahi ya­ra­dı­cı­lığı, linqvistik qabiliyyətləri inkişaf etdirir, eşitmə, nitq və tələffüz bacarıqlarını təkmilləşdirir. 

Cild 91, №1 2024

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI