Kəmalə Ağayeva

Açar sözlər: DƏHP, diqqət çatışmazlığı, impulsivlik, hiperaktivlik, tormozlanma

Kəmalə Sərdər qızı Ağayeva

DİQQƏT ƏSKİKLİYİ VƏ HİPERAKTİVLİK POZUNTUSU OLAN UŞAQLARDA TORMOZLANMAYA NƏZARƏT

Xülasə. Məqalədə DƏHP zamanı uşaqlarda icraedici funksiyalardan biri olan tormozlanmaya nəzarət haq­qında danışılır. Bu uşaqlarda icraedici funksiyalar həmişə pozulmuş olur. Lakin icraedici funksiyaların po­zulması hər zaman DƏHP demək deyil. İcraedici funksiyaların qiymətləndirilməsi bu neyroinkişaf poz­ğun­luğunun diaqnozuna kömək edə bilər. DƏHP ilə əlaqədar olan ən əsas icraedici funksiya pozuntularından biri tormozlanmaya nəzarətdə olan problemdir. Onlar qeyri-adekvat reaksiya və ya impulsiv davranışları, kə­nar müdaxilələri tormozlamaqda çətinlik çəkirlər və bu səbəbdən diqqəti cəmləməklə bağlı problem ya­şa­yır­lar. Diqqəti cəmləmək üçün kənar müdaxilənin sıxışdırılmasını, yadda saxlanılan məlumatın geri çağırılması üçün lazım olmayan işarələri nəzərə almamağı və adaptiv qərar qəbul etmək üçün vərdişlə verilən reak­si­ya­la­rın qarşısını almağı tələb edən uğurlu davranışda tormozlanma mühüm rol oynayır. Pozulmuş tormozlanma reak­siyası birbaşa dörd icraedici funksiyaya təsir edir: operativ yaddaş, özünü tənzimləmə, nitqin inter­nal­laş­ma­sı və yenidən qurulması. Bu da, öz növbəsində, xüsusən də motor nəzarəti, səlislik və sintaksis ilə bağlı olan mürəkkəb hərəkətləri və məqsədyönlü davranışları yerinə yetirməkdə çətinliklərə səbəb olur. Müəllif tor­mozlanmaya nəzarətin DƏHP-ə təsirini nəzərə alaraq, tormozlanmanı gücləndirməyə yönəlmiş təlimlərin DƏHP simptomlarını yaxşılaşdırmaq potensialına malik olduğu haqda danışır. Bu sahədə bir sıra tədqiqatlar tor­mozlanmaya nəzarəti gücləndirmək üçün nəzərdə tutulmuş məşqlərin effektivliyini nümayiş etdirmişdir.

Cild 91, №1 2024

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI