Nigar Hüseynova

Açar sözlər: tələbə, gender bərabərliyi, dəyərlər, ailədaxili münasibət, müntalitet

Nigar Çingiz qızı Hüseynova

TƏLƏBƏLƏRƏ GENDER BƏRABƏRLİYİNİN AŞILANMASINDA

AİLƏDAXİLİ MÜNASİBƏTLƏRİN VƏ MİLLİ MENTALİTETİN TƏSİR İMKANLARI

Xülasə. Məqalədə tələbələrə gender bərabərliyi dəyərlərinin öyrədilməsində Azərbaycan ailəsinə məx­sus ailədaxili münasibətlərin və milli mentalitetin diqqətə alınması ilə bağlı müxtəlif məsələlərə to­xu­nul­muş­dur. Ailədaxili münasibətlər öz əsasını ailənin üzvləri arasında hörmət və dəstək prinsiplərində tapır. Tə­lə­bə­lə­rin gender bərabərliyi dəyərlərini öyrənmələri üçün bu münasibətlərin sağlam və müsbət olması əhə­miy­yət­li rol oynayır. Ailə üzvlərinin tələbələri dəstəkləməsi onların öz bacarıqlarını tam şəkildə inkişaf et­dir­mə­lə­ri­ni təmin edir. Məqalədə bu münasibətlərdən bəhs edilərkən, əsas məsələlərdən biri kimi qızlara verilən tər­bi­yə­dəki stereotiplərin aradan qaldırılması və onların öz bacarıqlarını tam şəkildə inkişaf etdirməsinin təmin edil­məsi üçün əhəmiyyətli addımlar atılmalı olduğu qeyd edilir. Bundan əlavə, gənclərə gender bərabərliyi də­yərlərinin öyrədilməsində milli mentalitetin də diqqətə alınması məsələsindən bəhs edilərkən qeyd edilir ki, milli mentalitetin öyrənilməsi tələbələrə öz milli mənəvi dəyərlərini anlamağa, öz cinsi identikliklərini for­malaşdırmağa və özünü daha yaxşı tanımağa imkan verir.

Cild 91, №1 2024

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI