Səlbi Abasova

Açar sözlər: aqnoziya, apraksiya, afaziya, aleksiya, aqrafiya, akalkuliya, amuziya

Səlbi Ağamehdi qızı Abasova

BAŞ BEYNİN LOKAL ZƏDƏLƏNMƏLƏRİ ZAMANI

ALİ QABIQ FUNKSİYALARININ POZULMA XÜSUSİYYƏTLƏRİ

Xülasə. Klassik nevrologiya beynin lokal zədələnməsi zamanı ali qabıq funksiyaların pozulması sin­drom­larını üç əsas qrupa ayırır: aqnoziya, apraksiya və afaziya. Bu pozulmalara əlavə olaraq aleksiya, aq­ra­fi­ya, akalkuliya, amuziya şəklində daha tez-tez təzahür edən pozulmalar da müşahidə olunur. Əsas sin­drom­la­rın aqnoziya, apraksiya və afaziyaya bölünməsinin kliniki əsasları var. Beynin ocaqlı zədələnmələrində ali qa­bıq funksiyaların pozulması zamanı xüsusən idrak, hərəki və ya nitq pozulmaları üstünlük təşkil edir. Nev­ral­giyada aqnoziya qorunmuş hisslər, duyğular fonunda qavrayışın pozulması, apraksiya isə sadə motor funk­siyaların qorunması fonunda fəaliyyət pozulmaları kimi izah olunur. Qeyd edilmiş pozulmalar təcrid edil­miş halda deyil, bir qayda olaraq bir-birini müşayiət edərək təzahür edir.

Cild 91, №1 2024

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI