Lalə Allahverdiyeva
MAGİSTRANTLARDA
TƏDQİQATÇILIQ BACARIQLARININ
FORMALAŞMASI İMKANLARI
Xülasə. Məqalədə tədqiqatçılıq fəaliyyətinə verilən tələblər,
magistrant -pedaqoqların formalaşmasında tədqiqat fəaliyyətinin rolundan
geniş bəhs edilir. Magistratura səviyyəsində gələcək pedaqoqların tədqiqat fəaliyyətinin
effektivliyini təmin edən əsas formalar kimi magistrlərin tədris və elmi-tədqiqat
işləri və auditoriyadankənar vaxtlardakı fəaliyyət imkanları nəzərə
çatdırılır. Tədqiqat xarakterli tapşırıqların yerinə yetirilməsi, elmi məqalələrin
və tezislərin hazırlanması, eksperimental metodologiyanın əsasları üzrə seminarlarda
iştirak etmək, onun nəticələrinin işlənməsi, habelə magistr dissertasiya
işinin tərtibi və müdafiəsi, tələbə elmi dərnəklərində işləmək, konfranslarda,
seminarlarda, olimpiadalarda iştirak etmə və s. təlim formaları elmi tədqiqat
fəaliyyətinin təşkil edilməsinin komponentləri kimi araşdırılır. Elmi tədqiqat
fəaliyyətinin yalnız yeni bilik əldə etmək üçün deyil, geniş mənada bütün növ
işləri, onun təşkilini və böyük ölçüdə elmi fəaliyyəti əhatə etməsi qənaətinə gəlinir.
Açar sözlər: elmi tədqiqat, tədqiqatçılıq fəaliyyəti, pedaqoji kadr hazırlığı, fəaliyyət imkanları, keyfiyyətin yüksəldilməsi