Aytəkin Əliyeva
“PEDAQOJİ SƏRİŞTƏLİLİK” ANLAYIŞININ MAHİYYƏTİ VƏ MƏZMUNUNA DAİR
MÜLAHİZƏLƏR
Xülasə. Deyilənləri ümumiləşdirsək, “pedaqoji mərifət”, “pedaqoji ustalıq”,
“pedaqoji mədəniyyət”, “pedaqoji peşəkarlıq”, “pedaqoji keyfiyyətlər” və s. bu
kimi məfhumlar nə qədər oxşar, bir-birinə çox yaxın mahiyyəti ifadə etsələr də
pedaqoji prosesin müxtəlif mürəkkəb cəhətlərindən asılı olaraq bir-birindən,
eləcə də “pedaqoji səriştə” və “pedaqoji səriştəlilik” anlayışlarından fərqli
məzmun kəsb edir. Pedaqoji səriştəlilik haqqında fikirlərini bu cür
ümumiləşdirmək olar: Müəllimin səriştəliliyi onun yüksək əxlaqi keyfiyyətlərində,
milli və bəşəri dəyərlərə sahib olmasında, dərin biliyində, ixtisasını mükəmməl
bilməsində və öyrətməsində özünü göstərir.
Açar sözlər: pedaqoji səriştəlilik, pedaqoji ustalıq, pedaqoji mahiyyət, peşə kompetensiyaları, pedaqoji qabiliyyətlər