Şərafət Baxışova
MƏKTƏBƏQƏDƏR
PEDAQOGİKANIN AKTUAL PROBLEMLƏRİ
Xülasə. Məktəbəqədər
pedaqogika zəngin inkişaf tarixinə malikdir: 20-ci əsrdə çoxlu fundamental və tətbiqi
problemlər öyrənilmiş, tədqiq edilmişdir. Çoxsaylı nəzəri, eksperimental və tətbiqi
tədqiqatlar məktəbəqədər pedaqogikanın nəzəri əsaslarını formalaşdırmağa, məktəbəqədər
yaşlı uşaqların tərbiyəsi və inkişafının öyrənilməsi metod və
texnologiyalarını əsaslandırmağa imkan vermişdir. Bununla belə, hələ də bir
sıra aktual problemlər və tədqiqat üçün perspektivli istiqamətlər mövcuddur.
Onların yaranmasının əsas səbəbləri əsasən ictimai həyatın siyasi, iqtisadi və
digər sahələrində baş verən dəyişikliklərdir. Yeni sosial-iqtisadi şəraitə
keçid məktəbəqədər təhsil sisteminə yeni baxışı, uşaqlıq dövrünün xüsusiyyətlərini
və uşağın sosial münasibətlər sistemindəki mövqeyini əhəmiyyətli dərəcədə dəyişdirir.
Məktəbəqədər pedaqogikanın inkişafı uşaqların təlim
və tərbiyəsi üçün yeni texnologiyaların, müasir həyat şəraiti üçün məqbul olan
və məktəbəqədər təhsil təcrübəsini zənginləşdirə bilən konsepsiyaların daha da
inkişaf etdirilməsi zərurətini tələb edir.
Açar sözlər: Məktəbəqədər pedaqogika, perspektiv istiqamətlər, prioritetlər, inkişaf, məktəbəqədər təhsil, səriştəlilik.