Aygün Məcidova, Həmayil Rzaquliyeva
TƏHSİL SİSTEMİNDƏ YENİ ANLAYIŞ OLAN “QİYMƏTSİZ” TƏLİMƏ BAXIŞ
Xülasə. Təqdim olunan məqalədə qiymətləndirmənin əhəmiyyəti,
şagirdlərə psixoloji təsirləri, qiymətləndirmə növlərinin ibtidai sinifdə
keçirilməsi və yeni anlayış olan “qiymətsiz” təhsilə dair məlumatlar yazılmışdır.
Eyni zamanda “qiymətsiz” təhsil nə deməkdir və bu anlayış hansı ölkələrdə
istifadə olunur kimi məsələlər geniş əksini tapmışdır. Təhsil sahəsində müxtəlif
uğurlara imza atan alimlərin, psixoloq və metodistlərin müxtəlif düşüncələri
qeyd olunmuşdur.
Açar sözlər: qiymətləndirmə, təhsil islahatı, qiymətləndirmə konsepsiyası, qiymətsiz təhsil, qiymətləndirmə və şagird psixologiyası, ibtidai təhsildə qiymətləndirmə