Adilə Nəzərova

NƏSİMİNİN FƏLSƏFİ GÖRÜŞLƏRİNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINA TƏSİRİ

Xülasə. Nəsiminin şeirlərində sözlərin təsir gücü yüksəkdir, inandırıcıdır. Bu cür ifadə forması şairin yara­dıcılığının bədii zirvəsi, həm də ədəbi şəxsiyyətinin mahiyyətidir. Nəsimi bütün şeirlərində cəsarətlidir, bütöv­lükdə yaradıcılığını əhatə edən əxlaq, mərdlik, şərəf, ləyaqət, həqiqət, ədalət, özünəinam anlayışları Nəsimi şəxsiyyətinin mahiyyətini ifadə edir. Əsarətə, mütiliyə, yalana qarşı gələn şair şagirdlərə öz əqidəsi yolunda şərəf və ləyaqətini qorumağı öyrədir. Ümumtəhsil məktəblərində Nəsimi poeziyasının tədrisi müasir gəncliyin şəxsiyyətinin formalaşmasın­da olduqca böyük rol oynayır.

Açar sözlər: şəxsiyyətin formalaşması, özünü tərbiyə, inam, anlayış, təhsil, qəzəl

Cild 91, №2 2024

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI