İlahə Rəsulova
OXUYUB-ANLAMA BACARIQLARININ MÜASİR
BEYNƏLXALQ PEDAQOJİ ÜSUL VƏ METODLARININ NƏZƏRİ
GÖSTƏRİCİLƏRİ
Xülasə. Məqalədə oxuyub-anlama bacarıqlarının inkişafında həyata keçirilən
müasir praktiki modellərin nəzəri əsasları təhlil edilir. Eyni zamanda beynəlxalq
pedaqoji modellərin şagirdlərin hərtərəfli inkişafında oynadığı rol
araşdırılır. İnteraktiv öyrənmə platformalarının yaradılması, müasir
informasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqi dövründə milli
maraqların, mental qanunların və canlı ünsiyyətin arxa plana keçməməsi üçün təkliflər
də təqdim edilir. Məqalə qeyd edilən beynəlxalq metodların ölkəmizdə tətbiqi
imkanları ilə də bağlı təhlillər təqdim edir. Bu metod və pedaqoji üsulların tətbiqinə
təsir göstərən amillər, müsbət və mənfi parametrləri xarakterizə edilir.
Burada beynəlxalq pedaqoji modellərin özünü belə anlamaq üçün müxtəlif mədəniyyətlərin
təhsilə necə yanaşdığına dair ümumi nəzəri məsələlər də nəzərə alınır. Bütün
bunlar son nəticədə təhsilin səmərəliliyinin artırılmasına bu və ya digər şəkildə
xidmət edir. Tədqiqat zamanı modellərin müxtəlifliyinin səbəbləri də
araşdırılır. Effektiv tədris yerli kontekstlərə uyğunlaşdığı üçün vahid “ən
yaxşı” model anlayışının olmamasına diqqət çəkilir. Fərdi və kollektivist cəmiyyətlərin
fərqli öyrənmə üslubları burada önəmli rol oynayır. Belə ki, bəzi ölkələr təqdim
edilən məlumatı əzbərlətməyə, digərləri isə tənqidi düşüncəyə üstünlük
verirlər. Məqalədə eyni zamanda oxuyub-anlama üzrə beynəlxalq pedaqoji modellərin
tədris və öyrənmə perspektivinin genişləndirilməsindəki rolu təhlil edilir.
Açar sözlər: oxuyub-anlama, pedaqoji üsullar, təhsil, məktəb, qlobal təhsil, interaktiv öyrənmə