Hicran Sadıqzadə

KLASSİK MUSİQİ ƏSƏRLƏRİNİN TƏDRİSİ MƏKTƏBLİLƏRİN ESTETİK MƏDƏNİYYƏTİNİN İNKİŞAFINA TƏSİRİ

Xülasə. Musiqili səhnə əsərlərindən istifadə edilməsi, şagirdlərin bu əsərlərə maraqlarının artması ilə bə­rabər, onların estetik mədəniyyətinin formalaşmasına güclü təsir göstərir. Ümumtəhsil məktəblərində “Mu­siqi” fənni üzrə dərs­lik­lə­r Azərbaycan və dünya musiqi korifeylərinin musiqili səhnə əsər­lə­­ri ilə zən­gin­ləş­dirilməsi, şagirdlərin estetik mədəniyyətli şəx­siyyət ki­­mi formalaşdırılması prosesinə öz müsbət təsirini gös­­tə­rir. Musiqili səhnə əsərləri bir neçə incəsənət növünün sin­te­zin­dən yaranır. Bu musiqili səhnə əsər­lə­rin­dən yararlanan şagirdlər müxtəlif incəsənət nümunələri ara­sın­da məntiqi əlaqələr yaradırlar. Bu da onların bilik səviyyə­lərinin in­kişafında böyük rol oynayır.

Uşaq incəsənət məktəblərində oxuyan şagirdlərin ümu­mi mədəniyyət səviyyəsi orta məktəb şagird­lərindən daha yük­sək olur, həm də bu tip şagirdlər yüksək mədəniyyət daşıyıcılarına çev­rilirlər.

Açar sözlər: musiqi təhsili, dəyərlər, ənənələr, adətlər, mahnı, estetika, vokal, klassik musiqi.

Cild 91, №2 2024

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI