Xəyalə Ələsgərova
AZƏRBAYCAN VƏ İNGİLİS DİLLƏRİNDƏ KƏMİYYƏT KATEQORİYASININ İFADƏ VASİTƏLƏRİNİN MÜQAYİSƏLİ TƏHLİLİ
Xülasə.
Azərbaycan və ingilis dillərində kəmiyyət kateqoriyası
ümumi qrammatik kateqoriyalardan biri olmaqla geniş əhatə dairəsinə malikdir. Kəmiyyət
təklə cəmin mövcudluğu əsasında reallaşır. Kəmiyyət kateqoriyasının ümumi məzmunu,
mahiyyəti bütün dillərdə eynidir. Lakin kəmiyyətin ifadə vasitələri, ifadə tərzi
bütün dillər üçün tam şəkildə eyni deyil, hər bir dildə ümumi ifadə vasitələrindən
başqa özünəməxsus formalar olur. Kəmiyyət anlayışı insanın ilk həyati təsəvvüründə
bəsit, sadə olmuşdur. Sonralar insanın həyati təsəvvürlərinin inkişafı ilə
bağlı olaraq kəmiyyət anlayışı dəyişmiş, inkişaf etmişdir. İnkişaf nəticəsində
kəmiyyət anlayışında mürəkkəb, mücərrəd mənalar yaranmışdır. Mürəkkəb, mücərrəd
mənalar tək və cəm kəmiyyət sisteminin inkişaf mərhələsində özünü göstərmişdir.
Açar sözlər: azərbaycan dili, ingilis dili, kəmiyyət, müqayisə, təhlil, isimlər, tək, cəm, topluluq.
