Sahilə Quliyeva
İNGİLİS DİLİNİN TƏDRİSİNDƏ BƏDİİ MƏTNLƏRİN
SEÇİLMƏSİ PROSESİ
Xülasə. Məqalə xarici dillərin
tədrisində istifadə oluna bilən bədii mətnlərin seçilməsinə həsr olunmuşdur.
Xarici dilin tədrisi üçün bədii mətnlərin seçilməsi çoxmərhələli prosesdir və
bu, həmin mütəxəssislərin, o cümlədən bu seçimdə iştirak edən müəllimlərin
ədəbiyyatı qiymətləndirmək üçün istifadə etdiyi meyarlardan çox asılıdır.
Mühüm seçim meyarları mətnin leksik mürəkkəbliyinin tələbələrin dil hazırlığı
səviyyəsinə uyğunluğu, həmçinin bu mətnə münasibətdə mətn, mühit və oxucu
arasında effektiv qarşılıqlı əlaqəni təmin etmək bacarığıdır. İngilis dilini
öyrənən tələbələrin xarici dili daha geniş kontekstdə istifadə etmək məqsədilə
sərbəst ünsiyyət üçün kifayət qədər bacarıqlar əldə etməsi müəyyən faktorları
daxil edir ki, bura bədii mətnlərin öyrənilməsi proqramı da daxildir.
Açar sözlər: xarici dilin tədrisi, bədii mətnlərin seçilməsi, bədii əsər, mətnin məzmunu