Nigar Qasımova
İNGİLİS DİLİNDƏ
SEMANTİK DƏYİŞMƏLƏRİN TİPOLOGİYASI
Xülasə. Məqalədə
ingilis dilində sözlərin mənalarının dəyişməsi prosesindən və onun növlərindən
danışılır. Sözlərin mənalarının dəyişməsi prosesi semantik dəyişmə adlanır.
Sözlərin müasir mənası onların ilkin mənalarından fərqlənir. Dilin dəyişməsi
dilçilərin əsas tədqiqat sahələrindən biridir və semantik dəyişmə dilin dəyişməsi
prosesinin bir hissəsidir. Semantik dəyişmə bütün dillər üçün xarakterikdir.
Semantik dəyişmənin tipologiyaları amerikan dilçi Leonard Blumfild tərəfindən
hazırlanmışdır. Bu məqalədə böyük dilçi alimin hazırladığı semantik dəyişmələrin
təsnifatı hərtərəfli şəkildə araşdırılmış və semantik dəyişmələrin növləri,
tipləri təhlil edilmişdir . Semantik dəyişmələrin bu təsnifatı təkcə ingilis
dili üçün deyil, digər dillər üçün də uyğundur. Bu təsnifatı dərindən
araşdırmaqla biz müxtəlif dillərdə semantik dəyişmələrin təhlili və müqayisəsini
apara bilərik.
Açar sözlər: semantik dəyişmə, semantik dəyişmələrin tipologiyası, mənanın daralması, mənanın genişlənməsi, metaforizasiya, metanomizasiya, hiperbola, litota, neqativizasiya, pozitivizasiya