Qəribə Rəhimova

ƏXLAQ TƏRBİYƏSİNİN PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİNİN KLASSİKLƏRİMİZİN (A.A. BAKIXANOV) YARADICILIĞINDA ƏKS OLUNMASI YOLLARI

Xülasə. Əxlaq dedikdə milli əxlaqımız göz önünə gəlir. Onlardan təlim - tərbiyə prosesində istifadə edil­məsi yetişən gənc nəslin daxilən zənginləşməsi, Vətəni və xalqı üçün yararlı bir adam kimi yetişməsi üçün stimul yaranır. Əxlaqi normalardan pedaqoji qaydalara uyğun istifadə edildikdə uşaqların tərbiyəsində iki­tərəfli uğur qazanmış oluruq. Belə ki, uşaqlarda ailənin, məktəbin, xalqın, ictimai - mühitin və dövlətin qə­bul etmədiyi qeyri - əxlaqi sifətlər, normalar islah olunur, ikincisi isə ailəyə, məktəbə, dövlətə başucalığı gə­ti­rən əxlaqi keyfiyyətləri yeniyetmələrə təlqin olunmaq üçün zəmin yaratmış olur. Əxlaq normalarından dərs­dən­kənar tədbirlərdə, xüsusilə gecələrdə, görüşlərdə, disputlarda, şagird konfranslarında istifadə olunması şa­gird­lərdə ən zəruri əxlaqi sifətləri o cümlədən alicənablıq, mətanətlilik, dəyanətlilik, həlimlik, təmkinlik, dö­züm­lülük, halallıq, səmimiyyətlilik, vüqarlılıq, həyalılıq, səxavətlilik, səliqəlilik, dəyanətlilik, humanistlik kimi keyfiyyətlər aşılayır. Klassiklərimizin pedaqoji irsindən, tərbiyəvi fikirlərindən düzgün istifadə olun­ma­sı yeniyetmələrin öz asudə vaxtlarını səmərəli keçirmələrinə xüsusi şərait yaradır və məhz bu şəraitdə onlar öz nümunəvi davranış qaydalarına əməl etməyə alışır, əxlaqi sifətlər nümayiş etdirməyə çalışırlar. 

Açar sözlər: əxlaq, tərbiyə, klassik, hərəkət, davranış

Cild 91, №2 2024

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI