Əsmət İsmayılxanova
FƏAL TƏLİM TEXNOLOGİYASI, ONUN PSİXOLOJİ MEXANİZMLƏRİ VƏ STRUKTURU
Xülasə. Müəllif yazmış olduğu
bu məqalədə bildirir ki, interaktiv təlim metodu dərsin keyfiyyətini yüksəldən
ən güclü vasitədir. Bu metod təlim prosesini maraqlı etməklə bərabər, şagirdləri
özünə cəlb edir. Fəal təlim şagirdlərin dərketmə fəaliyyətini artırmaqla
yanaşı, məzmunun öyrənilməsini və səmərəliliyini artırır. Fəal təlim prosesi
şagirdlərin yaddaşını həm yeni informasiyalarla zənginləşdirir, həm də onların
təfəkkürü müntəzəm inkişaf edərək müstəqil şəkildə yeni biliklərin əldə edilməsinə
şərait yaranır.
Müəllif dərsin mərhələlərinin ətraflı izahını vermiş və hər bir mərhələdə
adına uyğun olaraq şagirdlərin hansı işlərlə məşğul olduğu göstərilmişdir. Bu
mərhələlərin tətbiqinin təlim prosesinə hansı müsbət təsir göstərdiyinin ətraflı
şəkildə vermişdir.
Açar sözlər. interaktiv, metod, mərhələ, təfəkkür, idrak, illüstrasiya, reproduktiv, tədqiqat, informasiya, refleksiya