Rəna Cəbrayılova
ALİ MƏKTƏBLƏRDƏ TƏLƏBƏLƏRİN TƏLİM
FƏALİYYƏTİNİN MOTİVASİYASININ MÜASİR ASPEKTLƏRİ
Xülasə. Elmi məqalədə ali məktəblərdə tələbələrin təlim fəaliyyətinin motivasiyasının
müasir aspektləri araşdırılır. Məqalədə göstərilir ki, peşə motivasiyası təhsildə
tələbənin peşəkarlığının və şəxsiyyətinin inkişafında daxili hərəkətverici
amil kimi çıxış edir, çünki motivasiyanın yalnız yüksək səviyyədə inkişafı əsasında
uğurlu təhsilə və şəxsiyyət mədəniyyətinə nail olmaq mümkündür. Tədqiqat
eksperimental xarakterlidir. Tədqiqatın nəticəsinə görə, tələbələrin təlim və
idrakının davamlı motivasiyasını formalaşdırılması məqsədilə onların cinsi,
milli xüsusiyyətləri, təhsil səviyyəsi, ilkin yaşayış yeri, əzmkarlıq gücü, təlimə
iradi münasibət, temperament tiplərinin nəzərə alınması əsas şərtdir.
Açar sözlər: təlim motivasiyası, peşə motivasiyası, peşəkarlıq, mənlik konsepsiyası, motivlərin fərdi xüsusiyyətləri.