Adilə Mürsəlova
SAĞLAMLIQ İMKANLARI
MƏHDUD UŞAQLARIN NİTQ İNKİŞAFI XÜSUSİ TƏHSİL MƏKTƏBLƏRİNİN ƏSAS VƏZİFƏLƏRİNDƏN BİRİ
KİMİ
Xülasə. Korreksiya pedaqogikasında və
psixologiyasında əmək təlimi sistemi uzun müddətdir ki, kifayət qədər inkişaf
edir. Bu problemi araşdıran tədqiqatçıların əksəriyyəti əmək təliminin SİM
uşaqların inkişafında əhəmiyyətli rol oynadığını qeyd etmişlər. SİMU
şəxsiyyətinin motivasiya ehtiyacı, emosional-iradi, fiziki, idrak sahələrinin
inkişafına birbaşa təsir göstərən əmək təlimi insanın cəmiyyətə sosial uyğunlaşmasına
kömək edən ən mühüm amildir.
Açar sözlər: sağlamlıq imkanları məhdud uşaqlar, müstəqillik hissi, təfəkkür, ünsiyyət prosesi, əmək təlimi, lüğət ehtiyatı