Fəridə Xudiyeva

TƏLİM PROSESİNDƏ HEYDƏR ƏLİYEVİN İRSİNDƏN İSTİFADƏNİN ŞAGİRDLƏRİN HƏRTƏRƏFLİ İNKİŞAFINA TƏSİRİ

Xülasə. Bu gün dövlətimizdə fəaliyyətlə məşğul məktəbəqədər, ümumi, peşə, orta-ixtisas və ali təhsil ocaq­larının geniş şəbəkəsi, qüdrətli elmi-pedaqoji kadr potensialı öz özəyini məhz keçən əsrin 70-ci illərində Heydər Əliyevin liderliyi altında təhsil üzrə aparılan məqsədli siyasətdən almış və aparılan geniş əhatəli təh­sil yaradıcılığı gələcək tərəqqinin güclü bünövrəsini yaratmışdır. O dövrdə Azərbaycanda tam təhsil ocaqları ön­cəki illərlə müqayisədə müasir inkişaf pilləsinə qalxmış, bu istiqamətdə həyata keçirilən ardıcıl ölkə siya­səti təhsil, ümummədəni və intellektual dərəcənin yüksəldilməsində xüsusi rol oynamışdır. Heydər Əliyevin hə­yat və siyasi aktiv fəaliyyəti hər bir Azərbaycan vətəndaşında Azərbaycan millətinin çağdaş tarixinin ba­ni­si, azad Azərbaycan dövləti və dövlətçiliyinin yaradıcısı kimi fəxr hissi doğurur. Ümummilli Liderin mü­ba­ri­zə­lərlə dolu həyatı doğma millətinə həsr etdiyi xüsusi bir dövrün, epoxanın canlı salnaməsi olmaqdadır. Azər­baycan mi­l­lətinin tarixində ilk dəfə Heydər Əliyev milli ideologiya məfhumunun yaradılması ideyasını irəli sürmüş, bu sahə üzrə görüləcək işlər, bu işlərin tətbiqi sahələri, vasitə və imkanları barədə tövsiyələr ver­mişdir. Lider, Azər­baycan dili və Azərbaycan tarixi fənlərini, dini nöqteyi-nəzərləri, adət-ənənələri və döv­lətçilik görüş­lə­ri­mizi təbliğ etməyə xüsusi məna verir, bu ideologiyanı yaratmaq, təşkil etmək və yerinə yetir­mək işində xüsusi hör­mət bəslədiyi peşə sahiblərinin – müəllimlərin zəhmətini və rolunu yüksək dəyər­ləndirirdi.

­Açar sözlər: Azərbaycan dili, ideologiya, Heydər Əliyev, şəxsiyyət, dövlətçilik

Cild 91, №3 2024

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI