Ramiz Əliyev

TƏHSİLDƏ XXI ƏSR BACARIQLARI: DÜNƏNİMİZ, BU GÜNÜMÜZ

Xülasə. “Təhsildə XXI əsr bacarıqları: dünənimiz, bu günümüz” adlı məqalədə öyrənənlərin gələcək döv­rün tələblərinə cavab verməsi, qlobal rəqabətə daha yaxşı hazırlanması üçün bugünkü təhsil sisteminin trans­formasiyaya olan ehtiyacı müzakirə edilir. Məqalədə tənqidi düşünmə, yaradıcı düşünmə, analiz ba­ca­rığı, problem həll etmə, kommunikasiya bacarıqları, komanda ilə iş, əməkdaşlıq, çoxyönlü biliklərin idarə edil­məsi və texnologiyadan istifadə kimi gərəkli olan XXI əsr bacarıqlarının əhəmiyyəti vurğulanır. Həm­çi­nin qeyd olunur ki, təhsildəki bu dönüşüm sadəcə biliklərin ötürülməsi ilə deyil, öyrənənlərin təfəkkür və tət­bi­qetmə bacarıqlarının inkişafına önəm verən bir yanaşma təqdim etməlidir. Məqalədə öyrənənlərin karyera dün­yasının dəyişən tələb və ehtiyaclarına cavab verən mütəxəssis olaraq yetişdirilməsi üçün təhsil sis­te­min­dəki yeniliklərə fokslanmaq hədəflənir. “Təhsilalanların XXI əsr bacarıqları: ənənə avə müasirlik” öy­rə­nən­ləri gələcəyin liderləri kimi hazırlamaq üçün təhsildə paradiqma dəyişikliyini dəstəkləmək baxımından əlverişlidir.

Açar sözlər: XXI bacarıqları, öyrənən, öyrədən, inkişaf, yenilik, rəqabət, uyğunlaşma.

Cild 91, №3 2024

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI